Eurovision

İspaniyada Eurovision milli finalının nəticələri, Milli Məclisdə müzakirələrə çıxarıldı

Mirela and Manel Navarro
698views

İspaniya milli finalının şübhəli bir şəkildə nəticələnməsindən sonra İspan İşçi Partiyası, nəticələri məclisdə müzakirələrə daşıyıb.

Rəsmi kanal RTVE‘nin ədalətli bir şəkildə qərar verə bilmədiyini ifadə edən partiya, nəticələrin yenidən araşdırılmasının lazım olduğunu ifadə edib. Çünki iddialara görə Manel’in meneceri bir radio proqramı ilə razılaşmış, Manel‘in promosunu bu radio kanalında dəfələrlə etdirmişdi. Bu radio kanalında çalışan Xavi Martinez, İspaniya milli finalında münsif üzvü idi və Mirela‘ya ən aşağı balı, Manel’e isə 12 balı vermişdi.

İspaniyada vəziyyətin hələ həll edilə bilinməməsindən sonra EBU‘nun vəziyyətə müdaxilə edəcəyi deyilib.

Bəs sizcə İspaniya adına müsabiqədə kim iştiraka daha çox layiqdir? “Contigo” ilə Mirela, yoxsa “Do It For Your Lover” ilə Manel?