Futbol

İspaniya mediası; “Artıq 2016-cı ildə forma geyinə bilməyəcək”

224views

Barcelona, Valencia ilə baş tutan oyunda zədələnən oyunçusu Andres İniesta’nın meydançalara qayıdışının 6 və ya 8 həftə sonra ola biləcəyini açıqlayıb.

Barcelona klubu tərəfindən verilən rəsmi xəbərdə; Valencia ilə olan oyunun ardından müayinə olunan İniestanın sağ dizinin yan əzələ bağlarında ciddi dartınma olduğunun və sağalma müddətinin 8 həftəyə qədər davam edə biləcəyini bildirib.

Xatırladaq ki, dünən La Liga’nın 9’cu həftəsində Valencia-Barcelona qarşılaşmasının 14’cü dəqiqəsində zədələnən İniesta, meydançanı xərək üzərində tərk etmək məcburiyyətində qalmışdı. Barcelona’da bu mövsüm 9 rəsmi oyunda forma geyinən kapitan 1 qol vura bilib.

İspaniya mediası isə, oyunçunun zədə səbəbindən artıq 2016-cı ildə forma geyinə bilməyəcəyini bildirib.