MaraqlıSəyahətTəbiət

İslandiya, ətrafı su ilə örtülü olan möcüzələr adası

2.69Kviews

İslandiya – Atlantik okeanının şimal hissəsində yerləşən ada dövləti.

İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 103 min kv. km-dir.
İslandiyanın şimaldan Qrenlandiya, şərqdən İsveç və Norveç, cənubdan isə Böyük Britaniya ilə su sərhəddi vardır. İslandiyanın yerləşdiyi ada vulkanik mənşəlidir. Adada gündəlik şəkildə vulkan püskürmələri baş verir. İslandiyaya ən yaxın quru ərazisi Danimarka tabeliyində olan Qrenlandiyadır, onlar arasında məsafə 350 km-dir. Digər dövlətlərlə olan məsafə Norveçlə 1050, Şotlandiya ilə 800 km təşkil edir.
İslandiyanın paytaxtı Reykyavik şəhəridir. 120.000 min nəfər əhalisi olan şəhər İslandiyanın ən böyük şəhəri hesab olunur. Ümumilikdə isə İslandiyada 327.000 civarı əhali yaşayır. Şəhərdə iyul ayında temperatur +20, yanvarda isə 0 dərəcə təşkil edir. İslandiya əhalisinin 98%-ni İslandlar təşkil edir. Onlar 10 əsrdir ciddi dəyişikliklərə məruz qalmayan İsland dilində danışırlar. Ölkənin sahil suları müəyyən istisnalarla ilboyu donmur. Bununla belə, İslandiyada hava dəyişkəndir və bu da ölkəyə şimaldan və cənubdan gələn hava axınları ilə əlaqədardır.