Maraqlı

İslam 2070-ci ilə qədər dünyanın ən böyük dini ola bilər

Islamic Holy Place
77views

ABŞ-lı araşdırma şirkəti Pew, 2070-ci ilə qədər İslamın dünyanın ən böyük dini ola biləcəyini açıqlayıb. İslamın digər bütün dinlərdən daha sürətlə yayıldığına da diqqət çəkilib.

ABŞ-lı araşdırma şirkəti Pew-in dünya dinlərinin gələcəyi haqqında apardığı layihədə, mövcud tendensiyanın davam etməsi halında 2070-ci ildə İslam dininin Xristianlığı keçəcəyini və dünyanın ən geniş yayılmış dini olacağı qeyd olunub.
Tədqiqatda, dünyadakı Müsəlman sayının 1.6 milyard olduğu, buna qarşılıq 2.17 milyard Xristianın yaşadığı ifadə edilib. Aparılan proqnozlara görə bu saylar 2050-ə gəldikdə müvafiq olaraq 2.92 milyard və 2.76 milyard olacaq. 2070-ci il iki dinin mənsublarının tarazlanması və İslamın önə keçməsi gözlənilir.
Pew-in araşdırmasına görə, Müsəlmanlar digər dinlərlə müqayisədə daha çox uşağa sahibdir. Müsəlman qadınların məhsuldarlıq səviyyəsi 3.1 ikən, digər bütün dinlər bir arada düşündükdə, bu nisbət 2.3.

Müsəlmanlar bütün dinlər arasında ən gənc əhaliyə malikdir.
İkinci səbəb, Müsəlmanların bütün dinlər arasında ən gənc əhaliyə malik olmasıdır. Yaş hesablaması 2010-da 23 olan Müsəlmanlar, digər dinlərə görə 7 yaş daha gəncdirlər. Yəni uşaq sahibi olma mərhələsində Müsəlmanlar dünya əhalisinin ən böyük payına yiyələnməyə yaxındırlar.

Avropalılar Müsəlmanları necə görür?
2016 yazında Pew-in apardığı sorğuya görə, İtaliya, Polşa, Macarıstan və Yunanıstanda əksəriyyət Müsəlmanlara mənfi münasibəti olduğunu söyləyərkən, Fransa, Almaniya və Böyük Britaniya ilə Avropanın şimal və qərbindəki bəzi ölkələrdə müsbət düşünənlərin nisbəti daha çox olduğu bildirilib.