Dünya

İŞİD Kərbala ziyarətindən qayıdan Hacılara hücum edib: ən az 77 nəfər ölüb

240views

İraqın paytaxtı Bağdadın 100 kilometr cənubundakı Əl-Hille bölgəsində terror hadisəsi törədilib, nəticədə 77 nəfər həyatını itirib, 20 nəfər də yaralanıb.

Hücumu İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı öz üzərinə götürüb.

İŞİD isə, 200-dən çox adam öldürdüyünü iddia edir.

Bombalı avtomobillə həyata keçirilən hücumda ölənlərin böyük əksəriyyətinin şiə zəvvarları olduğu bidlirilir.

Bölgədən gələn xəbərlərə görə partlayışın güclü olması səbəbindən yaxınlıqda olan benzin doldurma məntəqəsi də partlayıb. Bu səbəbdən ölən insanların sayının çox olduğu söylənilir.

Ölənlər arasında İran və Bəhreyn vətəndaşları da var.

Partlayışın baş verdiyi nəzarət məntəqəsində Kərbala ziyarətindən dönən hacıların olduğu bildirilir.