Dünya

İraq qərbi Mosulu azad etmək üçün İŞİD-ə qarşı hücuma başladı

Suriya Muharibesi 2017
768views

İraq hakimiyyətinin silahlı qüvvələri Mosul şəhərinin qərbindən özünü İslam Dövləti adlandıran qruplaşmanı qovmaq üçün hücuma başlayıb.

Bazar günü səhər saatlarında yüzlərlə hərbi maşın səhradan keçərək cihadçıların mövqelərinə doğru irəliləyib.

Əməliyyatın ilk saatlarında İraq əsgərləri Mosulun cənubundakı iki şəhəri geri alıb, yüksək rütbəli komandir bildirib.

Hökumət qüvvələri şəhərin şərqi hissəsini ötən ay geri alıb. Bu, İD-in İraqdakı axırıncı istinadgahı idi. Amma hərbi rəsmilər deyirlər ki, dar, dolama küçələrinə görə qərbi Mosulu geri almaq daha da çətin ola bilər.

BMT burada qalan 650 000-dək dinc sakinin aqibəti barədə narahatlığını bildirib.

Daha əvvəl şəhərin qərbində, sakinlərə baş verəcək hücum barədə xəbərdarlıq edən vərəqələr atılmışdı.