KinoKonsert

İranlı aktrisadan Oskar mərasimində Trump boykotu

Taraneh Alidosti
271views

İranlı aktrisadan Oskar mərasimində Trump boykotu.

Ən yaxşı xarici film nominasiyasında Oskara namizəd göstərilən İranlı rejissor Əsgər Vahidinin filmi “Salesman”in baş rol oyunçusu Taraneh Alidoosti, ABŞ Prezidenti Donald Trumpın bəzi Müsəlman ölkələrə viza məhdudlaşdırması gətirmək planına etiraz etmək məqsədilə mükafat mərasiminə qatılmayacağını açıqlayıb.

Twitter hesabından verdiyi açıqlamada Trumpın İranlılara viza qadağanın irqçilik olduğunu bildirən 33 yaşlı Alidoosti, “Bu qadağa mədəni tədbirləri əhatə etsin və ya etməsin, 2017 Akademiya Mükafatlarına etiraz üçün qatılmayacağam” – deyib.

https://twitter.com/t_alidoosti/status/824578972637954048

ABŞ mediyasında nəşr olunan məlumatlarda prezident sərəncamına görə, qadağa Suriya, İraq, İran, Liviya, Somali, Sudan və Yəməni əhatə edir. Bu ölkələrdən ABŞ-a getmək istəyən qaçqınların yanında, turist vizası ilə ölkəyə girmək istəyənlərə də məhdudiyyət qoyulacağı iddia edilir.