DünyaMünasibətlər

İranın tanınmış Hafizi uşaqlara qarşı təcavüzdə günahlandırılır

635views

İranın tanınmış Hafizinin oğlan uşaqlarına təcavüz etməsi ilə bağlı yayılan məlumatlar ölkəni sarsıdıb.

Təcavüzə uğrayan uşaqlar və ailələri, BBC Farscaya məlumat verərək, rəsmi yollar ilə ədaləti təmin edə bilmədiklərini və bu səbəbdən hər şeyi media vasitəsi ilə içtimaiyyətə çatdırmaq qərarına gəldiklərini söyləyiblər.

Məşhur Quran havizi 65 yaşındakı Said Tousi, Quran dərsi keçdiyi 10 şagirdinə qarşı cinsi təcavüzdə günahlandırılır.

 Təcavüzə uğrayan uşaqlardan biri açıqlamasında, Tousi’in 12 yaşında ikən hamamda ona qarşı hücum etdiyini bildirib.

Adı gizli saxlanılan uşaq, “O qədər təəccüb içindəydim ki, nə baş verdiyini anlaya bilmədim. Bu barədə danışmaqdan isə çəkindim. Ancaq bir müddət sonra şagirdlər arasında bir çox uşaqın da oxşar hadisəyə məruz qaldıqlarını eşitdim və bu barədə danışmaq qərarına gəldim” deyə bildirib.

yaaz.az photo Said Tousi

Məlumata görə, 6 il öncə bu məsələ ilə bağlı Tousi, məhkəməyə şikayət olunub. Ancaq məhkəmə zamanı hakim Gulam Huseyin Mohseni-Ejei, dəllilərin yetərli olmadığını bildirib.

Getdikcə böyüyən məsələ, İranda siyasi münaqişəyə də səbəb olub. Çünki Tousi’in Ayətullah Əli Xamenei ilə yaxın əlaqələrinin olduğu bildirilir.

Sürgündə olan İnsan Haqqları Müdafiəçisi vəkil Muhammed Mustafei BBC knalına verdiyi aşıqlamada, “Tousi, Xomenei tərəfindən bir neçə mükafat ilə təltif olunub. Məhkəmədən də elə onun köməkliyi ilə canını qurtarıb” deyə bidlirib.

Tousi isə, keçən həftə ortaya çıxan xəbərlərin yalan olduğunu və bunun  Xomenei hakimiyyətinə qarşı olan bir kompaniya olduğunu bildirib.

Məhkəmə rəhbərliyi, Ayətullah Sadiq Amoli Larijani, düşmən media ilə əlaqədə olan qrumlara xəbərdarlıq edib. Larjani, Tousi’ni günahlandırmağın nankorluq olduğunu və düşmən media ilə əlaqədə olan hər kəsin cəzalandırılacağını söyləyib.

İranın Millət Vəkili Əli Motahari isə, təcavüzə uğrayan uşaqlara dəstək olaraq, “Araşdırmaların bu şəkildə uzanmağı düzgün deyil və bunun nəticəsi olaraq xəbərlər xarici mediaya çıxmalı oldu. İndi isə uşaqlar xarici mediaya danışdıqları üçün günahlandırılır” deyə etiraz edib.