Dünya

İran: ‘Xəzər dənizi suitiləri Qırmızı Kitaba daxil edilməlidir’

317views

Rusiya və İran Xəzər dənizi faunasının qorunması üçün birgə işlərə başlayırlar.

Xəzər dənizi sahilində olan ölkələr, Xəzər suitilərinin nəslini qorumaq üçün birgə işlərə başlayırlar. İranRusiya, bu sahədəki işlərdə başçılıq edərkən, Rusiya Elmlər Akademiyası araşdırmalarda əhəmiyyətli bir rol oynayacaqlar.

Rusiyada təşkil edilən Xəzər dənizinin faunasının qorunması ilə əlaqədar konfransların, araşdırmalara böyük qatqı verdiyi ifadə edilib. Xəzər dənizi sahili olan Rusiya, İran, Azərbaycan, QazaxıstanTürkmənistan arasında Xəzər dənizi suitilərinin sayımıyla əlaqədar ortaq iş aparılması mövzusunda razılaşma olduğu bildirilərkən, Xəzər suitilərinin hər bir sahil ölkənin ‘Qırmızı Kitabına daxil edilməsi’ üçün israrlarını davam etdirdiklərini də İran Xəzər Suitilərini Qoruma və Reabilitasiya Mərkəzi Direktoru Amir Sayad Şirazi bildirib.

Digər tərəfdən iranlı ekspert, Rusiya Elmlər Akademiyasının 2017-ci il may ayında Xəzər suitilərinin nəslinin qorunmasını mövzu alan bir konfransın təşkili və Rusiya ilə Dağıstanda qurtarma və reabilitasiya mərkəzi qurulması mövzusunda razılaşma əldə etdiklərini vurğulayıb.

Statistikaya görə SSRİ-i dağılana qədər Xəzər dənizində suitlərinin sayı təxminən 1 milyon sayındayyykən, bu gün bu rəqəm 100 min civarına qədər geriləmiş vəziyyətdədir.