Gündəm

İran, Milli İnternet portalı qurdu

267views

İran hökuməti ictimai media saytlarına girişin qarşısını alır.

İran milli internet qurma layihəsində ilk mərhələni başa çatdırdığını açıqladı. Bazar günü edilən açılış mərasiminə İranın İnformasiya Texnologiyaları naziri Mahmud Vaezi qatılıb.

Dövlət xəbər agentliyi IRNA cəhdin “yüksək keyfiyyətli, sürətli və az xərcli” internet əlaqəsi təqdim edəcəyini yazıb. Ancaq müxaliflər bu cəhdin ana məqsədinin səlahiyyətlilərin vətəndaşların internet istifadələrini daha möhkəm nəzarət altına almaq olduğunu söyləyirlər.
İran Twitter, Instagram və Facebook kimi xarici qaynaqlı ictimai media saytlarına girişi əngəlləsə də bir çox istifadəçi xüsusi şəbəkələr və müxtəlif vasitələrlə bu saytlara daxil ola bilir.
Milli internet fikri ilk dəfə 2010-ci ildə ortaya atılmış və 2015-ci ildə tamamilə fəaliyyət göstərməsi planlaşdırılırdı. Hökumət bu cəhdin hədəfinin İslami məzmunun yayılacağı və rəqəmsal məlumatlılığı artırmaq üçün təcrid edilmiş milli yerli şəbəkə olduğunu söyləyir.
Plana görə yerli şəbəkə var olan sistemin yerinə keçəcək. Vaezi insanların mövcud internet şəbəkəsini qıraraq fərqli saytlara girmək cəhdini “səmərəsiz” olaraq xarakterizə edir.

_90960267_iran2

İranda informasiya texnologiyaları naziri Mahmud Vaezi yerli internetin kiber təhditlərlə mübarizəni asanlaşdıracağını söyləyib.

Vaezi açılışda etdiyi çıxışında “Bütün yerli fəaliyyətlər, xidmətlər, proqramlar və fərqli məzmunlar milli internetdə yer alacaq” deyib.
Vazei bu cəhdin kiber təhdidlərlə mübarizəni asanlaşdıracağını da söylədi.
Mərkəzi Tehranda olan xəbər agentliyinə Mehr’ə görə planın ilk mərhələsində e-dövlət xidmətləri və yerli web səhifələrinə giriş təmin ediləcək. Fevral 2017’də tamamlanması planlaşdırılan ikinci mərhələdə yerli video məzmunu əlavə ediləcək və Mart 2017’dən etibarən fərqli xidmətlər gətiriləcək və beynəlxalq ticarət edən şirkətlərə dəstək təmin ediləcək.
Yerli mətbuatda çıxan xəbərlərə görə istifadəçilərin xüsusi həyatına hörmət göstəriləcək.

_90961475_iran3

İnsan haqları təşkilatları İranın yerli internet layihəsinin İran xalqını daha irəli səviyyədə bir amalına məruz buraxacağını düşünür.

Ancaq Article 19 adlı İngilis insan hüquqları qrupu eyni fikirdə deyil. Qrup bu il başında nəşr etdiyi bir hesabatda “İranın mədəni, siyasi, dini və etnik təməldə insan hüquqlarının pozulması göz önünə alınınca, milli internet kimi layihələr xüsusilə narahatlıq vericidir” şəklində görüş bildirmişdi. Qrup “Milli İnternet Proyekti’nin daha irəli səviyyədə amalına, müşahidə və məlumat toplanmasına” səbəb olacağını söyləyərək “İran xalqını dünyanın qalan hissəsindən ciddi bir şəkildə təcrid etmə, məlumata girişi məhdudlaşdırma və kütləvi hərəkət və xalq etiraz cəhdlərini əngəlləmə riski var” ifadələrindən istifadə edib.