Təbiət

İqlim dəyişikliyini öyrənmək üçün nəhəng layihə

Polarstern Germany 2019
834views

Almaniya tarixin ən böyük Arktika ekspedisiyasını keçirmək planlarını elan edib.

2019-cu ildə 120 metrlik “Polarstern” gəmisi Şimal qütbü ətrafındakı buzlarda üzmək üçün yola düşəcək. Gəminin heyəti onu idarə etməyəcək.

Ekspedisiyanın unikallığı “Polarstern” gəmisinin buzlarla birgə üzməsindədir. Səyahət bir ili əhatə etməlidir.

Bu səyahətin ən çətin hissəsi gecə vaxtı olacaq. Ekspedisiyanın əsas məqsədi iqlim dəyişiklərini öyrənməkdir. Planetdə ən tez iqlim dəyişikliyi Arktikada baş verir.

Ötən ay Arktika dəniz buzunun davamlılığı uzun illərin müşahidələriylə müqayisədə ən aşağı səviyyədə olub. Yanvarda isə uzun illərin səviyyəsindən bir neçə dərəcə yuxarı təşkil eidb.

yaaz.az Polarstern Almaniya 2019

MOSAİC adlanan alman layihəsinə pofessor Markus Rex başçılıq edir.

“Arktika buzunun miqdarının azalması hazırda mövcud olan iqlim modellərinin dediyindən daha sürətli baş verir. Bizə iqlim dəyişikliklərini dəqiq demək imkanı üçün bu proqnozları mükəmmələşdirmək lazımdır.

Bəzi ehtimallara görə, bir neçə on illikdən sonra Arktikada yayda tamamilə buz olmayacaq”,- deyə ptofessor bildirib.

Ekspedisiyanın dəyəri 63 milyon avrodur. Almaniya ilə birgə bu layihədə Rusiya, Böyük Britaniya və Çin iştirak edəcək.

Yeni missiya 1890-cı ildə Norveç tədqiqatçısı Fritif Nansen tərəfindən həyata keçirilən ekspedisiyanın davamı sayılır. O, Şimal Qütbünə gəmi ilə gedən ilk insan kimi tarixə düşməyə cəhd etmişdi.