Gündəm

İpoteka krediti bərpa olunur, daha rahat ev almaq fürsəti

İpoteka kreditleri 2017
202views

Ev əldə etmək arzusunda olan şəxslər “Bank of Baku”nun təqdim etdiyi ipoteka kreditlərindən faydalana bilərlər.

Azərbaycan İpoteka Fondunun müvəkkil təşkilatlarından biri olaraq Bank of Baku mənzil almaq istəyən şəxslərə fondun ayırdığı vəsait hesabına 100.000 AZN-dək həcmində kredit təklif edir.

Kreditin maksimal müddəti 25 il, maksimal illik faiz dərəcəsi 8% təşkil edir. Şərtlərə əsasən tələb olunan ilkin ödəniş məbləği 30% həcmindədir. Kreditin rəsmiləşdirilməsi üçün tələb olunan ilkin sənədlər aşağıdakılardan ibarətdir:

1. Şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti;

2. Nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;

3. Yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

4. İş yerini və gəlirlərini təsdiq edən sənədlər.

Sərfəli şərtlərlə mənzil sahibi olmaq istəyən şəxslər https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank of Baku-ya müraciət edə bilərlər.

İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet ünvanından http://www.amf.az/az/ tanış ola bilərsiniz.