Mobil

iPhone 8’in ekran detalları məlum oldu: Tarixin ən yaxşı ekrana malik telefonu gəlir

268views

iPhone 8-in ekranı ilə bağlı son günlərdə tez-tez məlumat gəlir. Əgər Apple deyildiyi kimi ekranda bu xüsusiyyətləri istifadə edərsə iPhone 8 tarixin ən yaxşı telefonu ola bilər.

iPhone 8 və Galaxy S8 bu il xüsusiyyətləri ən çox maraq edilən ağıllı telefonlardandır. Daha çıxmadan bir çox xəbərə mözvu olan bu cihazlar ilin ən çox danışılan telefonları olacaq. Ancaq əgər iddialar doğrudursa iPhone 8 tarixin ən yaxşı dizaynına və xüsusiyyətlərinə malik telefonu ola bilər.
iPhone 8
EKRAN TAMAMİLƏ DƏYİŞƏCƏK
Şayiələrə görə, ekrandakı çərçivə minimuma endiriləcək. Çərçivə sahəsini daraltmaq və barmaq izi sensorlarını ekranın altına daşımaq əsas ekran düyünün qaldırılacağı mənasına gəlir. Bununla yanaşı Apple qarşı tərəfdəki bütün faktorları ekranın altına yerləşdirərək daha radikal bir dəyişiklik də təmin edə bilər. Apple Insider tərəfindən nəşr olunan bir araşdırma notunda Cowen və Company analitiki Timoti Arcuri, iPhone 8-in 5.8 düyümlük bir OLED ekrana malik olacağını deyir. Yəni cihaz Samsungun bəzi Galaxy modellərində olan elastik ekran kimi bir ekrana sahib olacaq. Həmçinin məşhur analitikə görə Apple, OLED ekrana Facetime kamerası və yanındakı səsucaldanı yerləşdirəcək. Çünki Apple-ın hazırda belə bir ekran patenti var.
iPhone 8
ÜZ VƏ HƏRƏKƏT TANIMA XÜSUSİYYƏTİ
Arcuri, Apple-ın TOUCH ID üçün optik əsaslı barmaq izi sensoru istifadə edəcəyini bildirir. Çünki hazırda hər hansı bir ağıllı telefon ekranı üzərindən barmaq izi müəyyən etmək üçün yeganə həll yolu budur. Onsuz da Apple-ın belə bir texnologiya üçün də patenti mövcuddur. Analitik həmçinin iPhone-a faiz və hərəkət tanıma xüsusiyyətinin gələcəyini, bunun bir lazer sensoru və ön kameraya yaxın infraqırmızı qəbuledici ilə təmin olunacağını düşünür.

iPhone 8
iPhone 8