Cihazlar

iPhone 7 və iPhone 7 Plus bu axşam təqdim olunur

795views

Texnologiya sevərlərin cavabını maraqla gözlədiyi yeni iPhone modeli iPhone 7 və iPhone 7 Plus ilə əlaqədar bilinən hər şey.

Gözlənilən gün gəldi. Günlər, həftələr və aylar keçdi və texnologiya dünyasının ən maraqlandığı günlərdən biri gəldi. Hansı gündənmi bəhs edirik? Təbii ki yeni iPhone tanıdılacağı gündən. Apple bu gün maraqla gözlənilən yeni iPhone 7 və iPhone 7 Plus modellərini açıqlayacaq.

Bu axşam tanıdılır

Bilindiyi üzrə Apple bu il keçən il olduğu kimi iki fərqli iPhone modeliylə qarşımıza çıxacaq. Bu modellərin adları isə iPhone 7 və iPhone 7 Plus olacaq. Yaxşı bu modellər nə vaxt tanıdılacaq?
Apple bu il əvvəlki illərdən fərqli olaraq ilin əvvəllərində başqa bir iPhone modeli (iPhone SE) tanıtdı. Nizamı bu il bir az pozan Apple, iPhone 7 və iPhone 7 Plus modelini 7 Sentyabr yəni bu axşam 19.30 da açıqlayacaq.

384451508368

iPhone 7 və iPhone 7 Plus’ın xüsusiyyətləri nələr olacaq?
Çıxış tarixinin xaricində cihazlar haqqında ən çox maraq edilən şeylər təbii ki də xüsusiyyətləridir. Hər nə qədər stabil işləriylə istifadəçilərin bəyənməsini yığan iPhone’lar texniki xüsusiyyət mövzusunda isə tənqiq olunurlar. Bu il də cihazların texniki xüsusiyyətlərinin necə olacağı maraqla gözlənilir.

Son olaraq gələn məlumatlara görə, 5.5-düym ekran ölçüsünə sahib olan iPhone 7 Plus modeli, 3GB RAM ilə gəlir. Əvvəlki iPhone 6s və 6s Plus’ta 2GB RAM olduğunu xatırladaq. Bunların yanında iPhone 7 Plus’ın qardaşı olacaq olan iPhone 7-nin isə 4.7 düym ekran və 2GB RAM-a sahib olması gözlənilir.

Əlavə olaraq 7 Plus’da cüt 12 MP arxa kamera olacaq. Bu kamerada isə optik zoom, optik görünüş sabitləyici, bəzi sirli “İşıq sahəsi kamera tətbiqləri”, aşağı işıqda təsirli fotoşəkillər üçün 4 LED flaş kimi xüsusiyyətlər ilə təchiz ediləcək. iPhone 7də 12 MP tək arxa kamera var ancaq onda da bu kamera tətbiqləri və xüsusiyyətləri də olacaq.

384383538109

Bundan əlavə bildiklərimizə görə iPhone 7 və 7 Plus 32GB / 128GB / 128GB daxili yaddaş variantlarına sahib olacaqlar.
iPhone 7’lərin ən az 5 fərqli rəng variantı təqdim edəcəklər. Gümüş, qızıl, rose gold, tünd qara, piano siyahı və space grey gündəmdəki rənglərdir.

Digər tərəfdən iPhone 7 ailəsi IPx7 sertifikatına sahib olacaqlar. Bu, cihazların yarım saat ərzində 1 metr suda qala biləcəyi mənasını verir.

3.5mm’lik qulaqlıq girişinə əlvida

Yeni iPhone’larda 3.5 mm’lik qulaqlıq girişinə əlvida deyəcəyik. Bunun yerinə Lighting portlu EarPod’lar istifadə ediləcək.

iPhone 7 və iPhone 7 Plus’ın qiyməti nə qədər olacaq?

Cihazın qiyməti ilə bağlı isə təxmin olunan məlumatlar bu şəkildədir.

iPhone 7
32GB – 5288 Yuan ($ 790 / € 710)
128GB – 6088 Yuan ($ 910 / € 817)
256GB – 7088 Yuan ($ 1060 / € 950)

iPhone 7 Plus
32GB – 6088 Yuan ($ 910 / € 817)
128GB – 6888 Yuan ($ 1030 / € 925)
256GB – 7888 Yuan ($ 1180 / € 1060)