Cihazlar

iPhone 6 Plus bir şagirdin cibində yandı

772views

ABŞ-da bir şagirdin cibindəki iPhone 6 Plus yandı. Sinifdə yaşanan hadisədə böyük çaxnaşma yaşandı.

Bəli, ağıllı telefonların partlama xəbərləri müəyyən aralıqlarla uzun bir müddətdir ki eşidilir. Xüsusilə son dövrdə Galaxy Note 7-dən sonra bu xəbərlərin sayının artdığını söyləmək mümkündur. Ötən gün bir iPhone 7-nin patladığının iddia edilməsinin ardından indi isə iPhone 6 Plus modelinin bir şagirdin cibindəykən yandığı iddia edilir.
6ABC’nin xəbərinə görə, New Jersey əyalətindəki Burlington County bölgəsində bir kollecdə təhsil alan Darin Hlavaty adlı gənc, dərs əsnasında arxa cibinə qoyduğu iPhone 6 Plus telefonunda bir istilik hiss edib və telefon birdən alov alıb. Dərs əsnasında yaşanan hadisədə şagird dərhal telefonu yerə atıb. Telefon şagirdin cibində dəlik açıb.
Digər tərəfdən verilən xəbərə görə şagird bu telefonu 6 aydır istifadə edirmiş. Və bu hadisənin ardından şagirdin telefonu istifadə edilə bilməz hala gəlib və geyindiyi cins şalvarda o vəziyyətdədir. Olanlardan sonra şagird bu hadisədən şans əsəri yara almadan xilas olub və Apple isə bütün bunlar haqqında danışmağı rədd edib.

https://www.youtube.com/watch?v=Hs2MFRwITHE