Mobil

iOS 10.1.1 yeniləməsi ilə batareya problemi yaşayırsınız?

797views

Bəzi istifadəçilər son iOS yeniləməsi iOS 10.1.1’də batareya problemi yaşadıqlarını iddia edirlər.

Ümumiyyətlə istifadəçilər mobil qurğuları istifadə edərkən mümkün olan son yeniləməni cihazlarına yükləməyi üstün tuturlar. Ancaq bu vəziyyət bəzən yaxşı nəticələr verməz və geri dönüş yolu da bağlıdırsa ciddi peşmançılıq yaşanılar. iPhone istifadəçiləri üçün vəziyyət hələ bir o qədər də pis olmaya bilər ancaq onlar da son yeniləmə ilə birlikdə ciddi problemlər yaşadıqlarını dilə gətirirlər.
iPhone istifadəçilərinin iOS 10.1.1 yeniləməsiylə birlikdə yaşadıqlarını söylədikləri problem isə “batareya problemi”dir. Bir çox istifadəçi Apple dəstək forumlarında, Twitter sosial şəbəkəsində iPhone‘larının batareya performansının çox pisləşdiyini şikayət edirlər.

702069461817

Bəzi istifadəçilər iPhone‘larının batareyalarının müəyyən bir faizin altına düşdükdən sonra telefonun avtomatik olaraq bağlandığını söyləyir. Batareya problemiylə əlaqədar Apple dəstək forumundakı başlığa 13 səhifəyə qədər şikayət daxil olub.

Bəs bu problemin həlli necə olacaq?
Applenin bu ciddi problemi yaxın zamanda yayımlayacağı yeni bir yeniləmə ilə aradan qaldıracağı düşünülür. Hazırda bu mövzu barədə hər hansı bir rəsmi açıqlama verilməsə də ehtimal olunur ki, Apple rəhbərliyi problemin fərqindədir və bu problemi aradan qaldırmaq üçün çalışırlar.