Psixoloji yanaşma

İntrovertlər kimlərdir? Bilmədiyiniz 10 fakt

370views

Uşaqlığımızdan bizə daima səmimiyyətin, gülər üzlü olmağın, tez münasibət qurma bacarığının çox keyfiyyətli və uğurlu işlərə yol açdığını söyləyirlər. Bütün bu “yaxşı” xüsusiyyətlər isə göstərir ki, yaşadığımız dünya ekstrovertlərin dünyasıdır. Başqa sözlə desək, əgər siz hər kəslə “qaynayıb-qarışmağı” bacarmırsınızsa, çox güman ki, siz bu dünyaya aid deyilsiniz.

 

Biz bunun heç də belə olmadığını düşünürük. Çünki ekstrovertlərin var olduğu dünyada introvertlər də yaşayır. Onlar hər kəslə münasibət qurmağı bacarmır, daha çox yalnızlığı, tək vaxt keçirməyi sevir; dostlarla vaxt keçirmək əvəzinə, kitab oxumağı, film izləməyi seçirlər.

 

Yazıçı və introvert Merien Reyd introvertlər haqda çoxlarının bilmədiyi 10 faktın siyahısını tutub.

1.Sizin ad gününüz bizi sevindirmir.

Bir introvert iş yoldaşlarının həyəcanla hədiyyə almaq üçün öz aralarında pul yığdıqlarını görəndə, “özünü itirir”. Bunun səbəbi simiclik deyil. Sadəcə olaraq  “bu gün mənim ad günümdür” açıqlamasını gətirən hər xoşbəxt kəs bir introvert tərəfindən soyuq qarşılanır. Çünki, bunun ardınca “bu bayramı” qeyd etmək üçün introverti də hər kəslə birgə harasa dəvət edəcəklər. Bir introvertin sevmədiyi isə – heç tanımadığı onlarla, bəlkə yüzlərlə insanla yığıncaqda iştirak etməkdir. O isə işdən sonra evə getməyi planlaşdırır.

 

2.Bizim ad günümüzü unudun.

Həqiqətən, unudun. Yaxın dostların təbrikləri bizim üçün kifayətdir. Ad günlərini “sakit”, özümüzə çox yaxın bildiyimiz insanlarla qeyd etmək istəyirik.

int4

3.Sizin şəxsi həyatınızla bağlı danışdıqlarınızı dinləmirik.

Sadəcə birlikdə çalışdığımız üçün, sizin haqqınızda hər şeyi bilmək məcburiyyətində deyilik. Sevgilinizdən ayrıldınız, yeni mənzilə köçdünüz, yeni il gecəsi o qədər içdiniz ki, evinizin yolunu unutdunuz – bütün bunlar bizi çox maraqlandırmır, hətta heç maraqlandırmır. Yox, biz sizi qinamırıq. Biz sadəcə belə söhbətlərin vaxtımızı almasını istəmirik.

 

4.Məktublaşmanı şəxsi görüşlərdən üstün tuturuq.

Emosional kontaktdan uzaq olmaq üçün məktub yazmağı seçirik. Çünki, məktublaşdığımız zaman danışdığımız insanın emosional reaksiyalarını anlamağa vaxt itirmirik.

elegant business multitasking multimedia man using devices at home

5.Biz işləməyi bacarırıq.

Tək olduğumuz zaman yaradıcılığımız artır: yeni layihələr, dünyanın işğalı barədə yeni planlar qururuq. Bir gün fantastik idealarımız hər kəsin həyatını dəyişəcək.

 

6.İnsanların sıx olduğu yerlərə nifrət edirik

Çünki, insanların müxtəlifliyi, fərqli reaksiyalar verməsi bizi təəccübləndirir və hürküdür. Olduğumuz məkandan çıxıb evə qaçmaq istəyirik.

int2

7.“Öz adamlarımızın” əhatəsində özümüzü daha yaxşı hiss edirik.

Yaxın dostların əhatəsində biz tamamilə dəyişir, başqa insana çevrilirik. Dostlarımızdan soruşsanız, görərsiniz ki, sizin tanıdğınız insandan çox fərqli biriyik. Sadəcə “həmin” insanları tapmaq üçün vaxta ehtiyacımız var.

 

8.Bizi həqiqətən sevən dostlarımız var.

Çoxlarımız münasibət qurmaqda çətinlik çəkmirik. Fərqimiz ondadır ki, biz hər kəslə münasibət qurmuruq; şənlikdə, yalnız adını bildiyimiz birini “dost” adlandırmırıq. Münasibət qura bilmək üçün çox əmək sərf edirik. Əgər birini ”dost” adlandırdıqsa, deməli bu münasibətə illərimizi vermişik.

int5

9.Biz utancaq, kobud və əsəbi deyilik.

Əvvəlcə kobud olduğumuz düşünə bilərsiniz. Lakin bizi yaxşı tanımaq şansınız yaranarsa, görərsiniz ki, biz sohbət etməyi, zarafat etmıyi yaxşı bacarırıq. Sadəcə biz hər kəslə bu cür ola bilmirik. Uzun zaman “xoşbəxt” və “şən” olmağı bacarmırıq.

 

10.Söhbət olsun deyə aparılan müzakirələri sevmirik.

Çox düşünən, fikirli olduğumuz üçün uca idealardan, elmi nəzəriyyələrdən danışmaqdan zövq alırıq. Biz nadir hallarda kiçik müzakirələrdə iştirak edirik. Etsək də, könülsüz edirik.