Psixoloji məlumatlar

İntiqam almaq insana psixoloji rahatlıq gətirir?

583views

İntiqam almaq insana psixoloji rahatlıq gətirir?

ABŞ-dakı Kentucky Universitetindən elm adamları, özünə pislik edən birindən intiqam almağın insanı yaxşı hiss etdirdiyini açıqlayıblar.

Nəticələri Psychological Society jurnalında nəşr olunan araşdırmaya görə, bir nəfər tərəfindən zərər görmüş biri, sözügedən şəxsdən daha sonrakı prosesdə intiqam alanda özünü çox yaxşı hiss edir. Araşdırma qrupunun başındakı Professor David Krister, intiqam hissinin hər bir insanın iç dünyasında “az və ya çox” miqdarda olduğunun vurğulayıb.

Krister, “Araşdırma nəticələrimiz intiqamın insanı xoşbəxt etdiyini açıq şəkildə ortaya qoyur. Buna intiqam deməsəniz də; İnsan, özünə pis davranan birinə eyni şəkildə cavab verəndə özünü yaxşı hiss edir” deyə məlumat verib.