Məşhurlar

İntihar edən məşhurlar: Robin Williams, Marilyn Monroe, Kurt Cobain və başqaları

313views

Məşhurların intihara səbəbi olmur kimi görünə bilər: onlar şöhrətin zirvəsindədirlər, dahi yaradıcılıqla məşğul olur, istədikləri hər şeyi əldə edirlər. Lakin, tarix bunun belə olmadığını göstərir. İnsan həyatı qəliz və qarışıqdır – yaşananlar və yaşanmayanlar dərin depressiyaların, narkomaniya və intiharların səbəbi olur.

Həyatına qəsd edən 6 məşhurun hekayəsi də məhs bundan bəhs edir.

 

Marilyn Monroe, aktrisa, model ( 1 iyun 1926 – 5 avqust 1962)

sm1
Marilyn Monroe, aktrisa, model ( 1 iyun 1926 – 5 avqust 1962)

Məşhur aktrisa, milyonların sevimlisi Marilyn Monroe narkomaniya və alkoqolizmdən, ağır depressiyadan əziyyət çəkirdi. Şəxsi həyatındakı problemlər, uşaq sahibi ola bilməməsi – bütün bunlar onu intihara əl atmağa məcbur etmişdi. Marilyn yüksək dozada yuxu dərmanı qəbul edib həyatına son qoymuşdu. Qeyd etmək lazımdır ki, Marilyn-in intiharı kütləvi intiharlara səbəb olmuşdu: onun pərəstişkarları da intihara cəhd göstərirdilər.

 

 

Robin Williams, aktyor (21 iyul 1951 – 11 avqust 2014)

sm2
Robin Williams, aktyor (21 iyul 1951 – 11 avqust 2014)

Aktyor uzun illər ağır depressiyadan əziyyət çəkirdi. Robin Williams həm də digər “şeytanlar”la mübarizə aparırdı. Hələ 70ci illərdə narkotik və alkoqol aludəçisinə çevrilmişdi. 1982-ci il mart ayında  Williams-ın yaxın dostu, aktyor John Belushi-nin yüksək doza nəticəsində ölümü, onu sarsıtmışdı. Bu hadisədən sonra Robin Williams narkotiklərdən imtina etsə də, alkoqolu tərgidmək aktyor üçün çox çətin olmuşdu. 20 illik fasilədən sonra, ölümünə 1-2 ay qalmış, Parkinson xəstəliyi səbəbi ilə düşdüyü depressiya, Williams-ı yenidən içkiyə bağlamışdı.

Depressiyaya davam gətirməyən məşhur aktyor, 2014-cü ilin avqust ayında özünü asaraq həyatına son qoydu.

 

Alexander McQueen, modelyer (17 mart 1969 – 11 fevral 2010)

scan02.tif
Alexander McQueen, modelyer (17 mart 1969 – 11 fevral 2010)

Anasının ölümündən sarsılan məşhur “couturier” öz evinin qarderobunda asılı vəziyyətdə tapılmışdı. Modelyer, heç şüübhəsiz, intihar etmişdi. Ölümündən əvvəl yazdığı məktub isə mətbuata açıqlanmayıb.

 

Murat Nasyrov, musiqiçi (13 dekabr 1969 – 19 yanvar 2007)

sm4
Murat Nasyrov, musiqiçi (13 dekabr 1969 – 19 yanvar 2007)

Məhəbbətdən oxuyan “oğlan” həyatının son günlərində dərin depressiyaya düşmüşdü. Evinin eyvanından özünü ataraq həyatını sonlandıran musiqiçinin, qanında narkotik və spirt aşkar olunmamışdı.

 

Kurt Cobain, musiqiçi (20 fevral 1967 – 5 aprel 1994)

sm5
Kurt Cobain, musiqiçi (20 fevral 1967 – 5 aprel 1994)

Nirvana qrupunun rəhbəri, Kurt Cobain heroin qəbul etdikdən sonra, özünü ağzından ov tüfəngi ilə vurmuşdu. Musiqiçinin bədəni boş evdə 3 gün qaldıqdan sonra aşkarlanmışdı. Cobain-in intiharı da, Marilyn Monroe-nun intiharı kimi, kütləvi intiharlara səbəb olmuşdu.

 

Ernest Hemingway, yazıçı (21 iyul 1899 – 2 iyul 1961)

sm6
Ernest Hemingway, yazıçı (21 iyul 1899 – 2 iyul 1961)

Məşhur yazıçıya paranoidal psixoz diaqniozu qoyulmuşdu: o, kiminsə onu izlədiyini, məktublarının oxunduğunu, zənglərinin dinlənildiyini söyləyirdi. Bu səbəbdən, psixiatrik klinikaya yerləşdirilən yazıçı, şoko-terapiyadan sonra yaddaşını itirmişdi. Klinikadan evə qayidandan sonra özünə gələ bilməyən Ernest, bir gecə evində özünü tüfənglə vurur.

Lakin onun ölümündən sonra məlum olur ki, FBI həqiqətən də onu izləyirdi. Yəni, yazıçının bütün söylədikləri gerçək idi. Psixiatrik klinikaya yerləşdirilməsində də FBI-n təsiri böyük idi.