İnternet

İnternetsiz Instagram dövrü

174views

2012-ci ildə 1 milyard dollar qarşılığında Facebook’un tərkibinə qatılan məşhur foto və video paylaşma platforması Instagram, yeni xüsusiyyəti ilə yenidən gündəmdədir.

Uzun zamandır maraqla gözlənilən bu xüsusiyyət, Instagram’ın son yenilənməsi ilə istifadəyə verilib.

Sözü gedən xüsusiyyət ilə istifadəçilər bəyəndikləri bir fotoşəkili artıq yükləyə də biləcəklər. Bununla da istifadəçilər, internetlərə giriş etmədən yüklədikləri şəkilləri izləmə imkanı əldə edəcək.

yaaz.az instagramda internetsiz yeni dovr
İnternet olmadan da bəyəndiyiniz Instagram şəklini izləmək mümkündür

Instagram’da internetsiz istifadənin ilk addımı olaraq göstərilən bu yenilik, şəkillərin altında qeyd olunan nişana toxunularaq istifadə oluna biləcək.

Bəyəndiyiniz rəsmi yükləmək üçün, rəsmin sağ tərəfinin alt hissəsində qeyd olunan nişana toxunmağınız kifayətdir. Həmçinin videoları da bu şəkildə rahatlıqla yükləmək mümkün olacaq.