İnternetMünasibətlərŞəbəkə

İnternetdə şantaj – Skype’da tələyə düşürülən insanlar

1.09Kviews

İnternetdə şantaj və qorxutma artıq bütün dünyada getdikcə böyüyən bir problemə çevrilməkdədir.

BBC kanalının Ərəbcə xidməti, Şimali Afrika, Orta Şərqi və Cənubi Asiyada apardığı araşdırmalarda, şəxsi görüntüləri, öz razılıqları olmadan internetdə paylaşılan və təhdidlərə məğlub olmayan insanlar ilə həm söhbət olur.

Ardıcıl xəbərlərin ikinci qəhrəmanı (ilk qəhrəmanımız Misirli gənc qız Kader Ahmed idi) Samir, 30 yaşındadır və Fələstində yaşayır.

Xəbərdarlıq: 18+

“Her şey mən evdə tək ikən baş verdi. Bir qız Facebook vasitəsi ilə mənə dostluq təklif etdi. Cox cəlb edici qız idi. Həmin gecə mənimlə skype vasitəsi ilə danışmağa başladı. Qısa bir söhbətdən sonra məndən kompüterimin kamerası olub-olmadığını soruşdu. Kameramı açdıqdan sonra mən də onu görmək istədiyimi söylədim.  Kameranı açdı və ardından çarpayısına keçərək masturbasya etməyə başladı. Bunu gördükdə isə artıq mən də özümnən çıxdım. Belə bir qız ağlınızı başınızdan çıxardar.”

yaaz.az photo samir skype blackmail

Söhbət bitdikdə Samir, bir youtube linkinin məktub olaraq ona gəldiyini görür. Mesaj bu şəkildə idi, “Qulaq as, mən əslində kişiyəm və səni masturbasya edərəkən video lentə almışam. Facebook’da olan bütün ailə dostlarına rahat şəkildə bunu göndərə bilirəm. Mənə 2000 avro göndərməyin üçün 1 həftə vaxtın var. Əks halda bu videonu onlara göndərəcəm.”

yaaz.az photo samir skype blackmail

Şok içərisində olan Samir, “Dəhşət, böyük bir biyabırçılığın içərisindəyəm, birdən anam bu videonu görsə. Belə bir şey olsa, utancımnan özümü pəncərədən aşağıya ataram.”

yaaz.az photo samir skype blackmail

Fələstinin Oued Zem şəhərində apardığımız araşdırmalar nəticəsində Samirə bu tələni hazırlayan o insanı tapdıq.

Qurulan tələlərdəki videoların porno saytlardan yükləndiyini söyləyən bu adam, “Ərəblərin zəif bir nöqtəsi var, seks. Bu zəifliklərini ələ keçirdiyiniz anda onları rahat şəkildə aldadaraq istədiyinizi onlardan ala bilərsiniz. Digər bir zəif tərəfləri də evlilikləri ilə bağlıdır, bu şəkildə də onları istismar etmək mümkündür. Neft ölkələrində yaşayan ərəbləri aldatmaq isə ən asan olanıdır. Təəssüflə bunu deməliyəm, onları axmaq hesab edirik. Və onların hər biri istədiyimiz pulu bizə ödəyir. “

yaaz.az photo samir skype blackmail

Samir qətiyyətli olaraq sözü gedən məbləği ödəməyi rədd etsə də ancaq hələ də qorxu içərisində yaşayır, “Seks ərəb ölkələrində qadağan olunur. Bu mədəniyyətdən olan bir insana şantaj etsəniz mütləq ödəyəcəkdir. Bir ərəb gəncini belə bir tələ ilə şantaj etmək avropa və amerikalı gəncə nisbətən daha asandır.”

Şantaj edərək pul əldə etmək artıq Filistinin Oued Zem şəhərində milyon dollarlıq bir sənaye halına çevrilib.

Hər il minlərlə insan Skype vasitəsi ilə qurulan belə tələlərin qurbanı olur.

Artıq Fələstin Polisi də skype tələsi quran bu şantajçıları axtardığını açıqlayıb. Təkcə Birləşmiş Ərəb Əmirliklərində bu tələyə düşən insanların sayı 30 mindən çoxdur və onlardan ən az biri intihar edir.