İnternet

İnternetdəki bütün hesablarınızı silmək üçün tək bir saytdan istifadə edə bilərsiniz

Security concept: Lock on digital screen, contrast, 3d render
210views

Bu sayt internetdəki hesablarınızı silməyə və bütün şəbəkələrdən yox olmağınıza köməkçi olur!

İnternetdəki varlığınızı yox etmə ehtiyacını hiss edirsinizsə, bir İsveç saytı yalnız tək düyməni basaraq internetdəki bütün izlərinizi silməyinizə köməkçi olmağı təmin edir.

Deseat.me saytı internetdəki hesablarınızı tək səfərdə silməyinizi təmin edir. İsveçli Wille DahlboLinus Unneback tərəfindən hazırlanan sayt, yaradılan bütün hesabları tək bir yerə yığıb, hər hesabın internet əlaqəsini silir. İstifadəçilərin isə ən başda Google hesabıyla giriş etməsi lazımdır.
Deseat təhlükəsizliyin son dərəcə əhəmiyyətli olduğunu vurğulayır. Sayt yalnız Google OAuth protokolunu istifadə edir, bu da daxili məlumatlara giriş olmadığını göstərir.
Hələlik Deseat.me‘nin məhdud funksionallığı var. Belə ki, hazırda bu xidmət yalnız Google hesabına bağlı hesablar üzərində işə yarayır.

Ayrıca internetdə bəzi izləriniz qala bilər. Məsələn, yoldaşınızın Facebook səhifəsindəki sizinlə fotoşəkilləri yenə də orada dayanacaqdır. Nə olursa olsun bu saytın hesabları dondurma və ya müvəqqəti itirmək kimi xüsusiyyətə sahib olduğunu düşünməyin, belə ki, silinən bütün məlumatlar tamamilə yoxa çıxır.