İnternetMobil

Instagram’da yazılan şərhləri necə bağlamaq olar?

1.36Kviews

Qısa müddət əvvəl itən fotoşəkillər və canlı yayın xüsusiyyəti ilə qarşımıza çıxan Instagram, istifadəçi şərhləri üçün hazırladığı yeni xüsusiyyətlərini təqdim edib.

Quruculardan Kevin Systrom, şirkətin rəsmi bloqunda, istifadəçi şərhlərini bağlamaq və bəyənmək xüsusiyyətlərini əlavə etdiklərini açıqlayıb. Bir müddətdir kiçik qruplar üçün istifadə edilə bilən sistem, beləcə bütün istifadəçilərə açılmış oldu. Instagram‘da əlverişsiz şərhləri gizləmək əvvəldən bəri mümkün idi, lakin, bu xüsusiyyətin kifayət qədər də rahat olmadığı da bir gerçək idi.

insta

Gələn yeniliklərdə hər hansı bir şəkiliniz altına gələcək olan şərhləri tamamilə bağlamaq və ya gələn şərhləri bəyənmək mümkün olur. Instagram‘ın ən böyük problemlərindən olan istənməyən şərhlərə maneə törətmək adına əhəmiyyətli bir addım olan şərh bağlamaq xüsusiyyətinə, fotoşəkil paylaşma ekranın altında yer alan “Qabaqcıl nizamlar” qismindən etməniz mümkün olacaq. Bu xüsusiyyəti istədiniz zaman həmçinin aça bilərsiniz.

Şərhləri bəyənmək istəyən istifadəçilərin etməsi lazım olan isə olduqca sadədir. Artıq Instagram istifadəçiləri şərhlərin yanında meydana çıxan ürək simvoluna basaraq şərhləri bəyənə biləcəklər.