İnternetŞəbəkə

Instagram’da eyni anda birdən çox foto-video bölgüsü etmək artıq mümkündür

431views

Instagramda çoxlu foto-video bölgüsü dövrü başladı!

Instagram bu gün yeni xüsusiyyətini dərc etdi. Bu xüsusiyyətlə yanaşı istifadəçilər eyni anda 10 ədəd fotoşəkil və ya video bölüşə biləcəklər.

Yeni xüsusiyyət ilə birlikdə artıq Instagramda istifadəçilər eyni anda 10 ədəd fotoşəkil, video bölüşə biləcəklər. İstifadəçilər bunları klassik Instagram paylaşım ekranından edə biləcəklər. Eyni zamanda, video, fotoların sırasını sürükləyərək dəyişdirə və ya hər biri üçün fərqli filtr tətbiq edə bilinəcək.

Yəni artıq Instagram istifadəçiləri Facebookdakı “Fotoşəkil Albomu” üslubunda bölgü yarada biləcəklər. Bu bölgülər tək göndəridə göstəriləcək və keçidlər isə eyni telefonunuzun qalereya bölməsində olduğu kimi sağa ya da sola çəkilərək keçiriləcək.

Ölkəmizdəki istifadəçilər üçün də təqdim olunduğu bildirilən bu yeni xüsusiyyət ilə bağlı şərhlərinizi gözləyirik. Instagramın bağlı xüsusiyyət üçün hazırladığı təbliğat videosunu isə buradan baxa bilərsiniz;