İnternet

Instagram’da alış-verişlərinizi artıq daha rahatlıqla edə biləcəksiniz

243views

Instagram’ın xüsusilə butik satıcılar üçün nə qədər müvəffəqiyyətli bir platforma olduğunu bilirik. Instagram da özünün bu xüsusiyyətini nəzərə alaraq alış-veriş istiqamətli böyük bir yeniliyini etməyə hazırlaşır.

Belə ki, istifadəçilər Instagram üzərindəki paylaşımlarında iştirak edən məhsullarda satın alma etiketləri əlavə edə biləcəklər.

https://vimeo.com/189697603

Bir məhsula aid daha çox detal təqdim edən bu xüsusiyyət, hesab sahiblərini birbaşa səbətə əlavə səhifəsinə istiqamətləndirəcək. Fotoşəkildəki məhsulu bəyənən təqibçilər, Instagram’dakı əlavə alış-veriş xüsusiyyətiylə satın alma səhifəsinə sürətli və asan daxil ola biləcəklər. İstifadəçilər tətbiqdən çıxış etmədən alver əməliyyatını edə biləcəklər. Bu yeni xüsusiyyət hələlik Amerikada və müəyyən bir istifadəçi qrupu tərəfindən sınanmağa davam edir.

Instagram’ın bu yeni xüsusiyyətini test edən firmalar arasında Kate Spade, JackThreads və Warby Parker-ində daxil olduğu 20 ABŞ mərkəzli pərakəndə marka iştirak edir.

Fotoşəkildə təqdim edilən elementlər və qiymətləri hələlik 5 məhsulla məhdud tutulacaq. Etiket seçildiyində məhsulun ətraflı görünüşü açılacaq. Əgər istehlakçı məhsul detallarında “Show Now” (İndi göstər) linkinə klik edərsə o məhsulun sərgiləndiyi web saytına keçəcəkdir.

https://vimeo.com/189697605