Şəbəkə

Instagram’da 2016’cı ilin ən çox bəyənilən fotoşəkili müəyyən oldu

233views

2016’nın sonuna doğru yaxınlaşarkən ilin ‘ən’ləri müəyyən olmağa davam edir. Son olaraq Instagram’da ən çox bəyəni alan fotoşəkillər açıqlanıb.

Bildiyiniz kimi hər hansı bir ictimai məcrada çox bəyənmə almanın ən əhəmiyyətli tələblərindən biri təqibçi sayıdır. Bu səbəblə 2016-ci ildə ən çox bəyəni alanlar yenə çox təqibçi sahibi olan məşhurlar oldu. Siyahıda birinciliyi Selena Gomez tutub. 103 milyon təqibçisi olan gənc müğənni ən çox bəyənilən on fotoşəkildən səkkiz dənəsində qarşımıza çıxır.
2016’da rekord sayda bəyənmə alan fotoşəkil iyun ayında əlavə edilmişdi. Bu kadrda Selena Gomezin əlində mahnı sözlərinin yazılı olduğu kola şüşəsi görünür. Reklam məzmunlu bu fotoşəkil 5.9 milyon bəyənmə aldı. Siyahıda Gomez’in fotoşəkillərini Cristiano Ronaldonun 2016 Avropa Futbol Çempionatı kubokuyla çəkildiyi fotoşəkil təqib edir. Qısacası bu siyahı Selena Gomez və Cristiano Ronaldo’dan ibarətdir də deyə bilərik. İlin ən çox bəyənilən fotoşəkilini aşağıda görə bilərsiniz.

when your lyrics are on the bottle 😛 #ad

Фото опубликовано Selena Gomez (@selenagomez)