FenomenMaraqlıSəyahət

Instagram istifadəçiləri şokdadır | Axı bu necə ola bilər?

42views

Getdiyi tətil yerlərinin fotoşəkillərini paylaşaraq Instagram’da fenomen olan Lauren Bullen’i təkrarlayan yeni bir hesabın yaranması ictimai medianı qarışdırıb.

Sevgilisi Jack Morris’lə səyahət fotoşəkillərini paylaşan Lauren Bullen’in Instagram’da 700 mindən çox izləyicisi var.

Bullen’i eyni ilə təkrarlayan başqa bir Instagram istifadəçisinin olması isə hər iki adın izləyicilərini çox təəccübləndirib.

yaaz.az maraqli instagram shekilleri

Ancaq fotoşəkillərdəki məkanlardan tutma paltarlara qədər belə bir oxşarlığın meydana çıxması sözsüz ki, birmənalı qarşılanmayıb.

Kimiləri çəkilən fotoşəkillərin sadəcə Bullen’i təkrarladığını düşünsə də, məsələnin daha dərinliklərinə varan insanlar da var.

yaaz.az maraqli instagram shekilleri

Bəzi istifadəçilər, diana_alexa adlı hesabın Lauren Bullen’in elə özü tərəfindən yaradılan düşünülmüş bir reklam kompaniyası olduğunu fikirləşir.

Bir vaxtlar mediada olduqca məşhur olan Lauren Bullen’in bu şəkildə, medianın marağını yenidən öz üzərinə çəkmək niyyətində olduğu bildirilir.

yaaz.az maraqli instagram shekilleri

Bullen isə, ictimai mediada yaranan bu iddiaları kəskin şəkildə rədd edib.

Diana_alexa adlı Instagram hesabı isə fotoşəkillərdəki bənzərliklərin ortaya çıxmasının ardından bütün şəkilləri silərək hesabını bağlayıb .