İnternetŞəbəkə

Instagram, depresiyada olan istifadəçiləri ilə birbaşa əlaqəyə keçməyə hazırlaşır

An Instagram employee takes a video using Instagram's new video function at Facebook's corporate headquarters during a media event in Menlo Park, California on June 20, 2013. AFP Photo /Josh EDELSON (Photo credit should read Josh Edelson/AFP/Getty Images)
762views

Instagram ‘çətin dövrdən’ keçən istifadəçilərə kömək edəcək.

Instagram, depresiyada olan və özünə zərər vermə ehtimalı olan istifadəçilər üçün yeni bir tətbiq üzərində çalışır. Yeni tətbiqlə birlikdə, bir adamın depressiyada olduğunu və ya mənfi duyğular üzündən özünə zərər verə biləcəyini düşünən istifadəçilər, anonim olaraq bu vəziyyəti Instagram heyətinə bildirə biləcəklər.

Instagram, bunun üzərinə istifadəçiyə, “Bəzi istifadəçilər paylaşımlarınızdan birini görüb və bəlkə də pis bir dövrdən keçdiyinizi düşünür. Əgər köməyə ehtiyacınız varsa, sizə kömək etmək istəyirik” mesajı atacaq. Instagram, mesajla birlikdə istifadəçiyə, bir yoldaşıyla danışmaq, kömək xəttiylə ünsiyyətə keçmək və ya yaranmış vəziyyətlə başa çıxmaq üçün ipuclarına çatmaq kimi variantlar təqdim edəcək.

Tətbiqi meydana gətirərkən psixoloq və psixiatrlardan kömək alındığını ifadə edən Instagram İcraçı Direktoru Marne Levine, “Bu dəstək funksiyası sayəsində istifadəçilər, ətraflarında hər zaman onlara kömək etməyə hazır bir birlik olduğunu biləcək. Xüsusilə də bir adamın bunu xatırlamağa ən çox ehtiyac duyduğu bir vaxtda” deyib.