İnternetMobilŞəbəkə

Instagram canlı yayın xüsusiyyətini test etməyə başladı

196views

Instagram canlı yayın xüsusiyyətini test etməyə başlayıb.

Facebookun eyni platformdakı müvəffəqiyyətinin ardından Instagram da canlı yayın xüsusiyyətini istifadəçilərinə təqdim etmək üzrə test edir. Hələlik yalnız Rusiyada bu yeni xüsusiyyətini sınayan Instagram, Snapchat’dan ilhamlanaraq istifadəyə təqdim etdiyi hekayələr xüsusiyyətindən sonra Periscope, YouTube və Facebookun izin ilə gedir.

instagram_live_video-720x720
Mətbuata sızan ekran görüntülərindən, tətbiqin kamera interfeysində olan “Go Insta!” düyməsinə basıldıqdan sonra canlı yayın etməyə başlana bildiyi görülür. İstifadəçilərin canlı yayınları isə hekayələr qismində “Live” ikonu ilə göstərilir.

https-2f2fblueprint-api-production-s3-amazonaws-com2fuploads2fcard2fimage2f2564082fb8ea520b0193df
Instagram sahibi Facebook, Periscope və Meerkat’ın geniş kütlələrə çatdırdığı canlı yayın edə bilmə xüsusiyyətini Yanvar ayında istifadəçilərinə təqdim etmişdi. Meerkat, Periscope’un kölgəsində qaldığı üçün tətbiqini App Store-dan silmişdi. Facebook Live rəğbət görən istifadəsiylə maraq çəkərkən, Facebook bu səfər sahibi olduğu məşhur fotoşəkil paylaşma tətbiqinə eyni xüsusiyyəti gətirməyə çalışır. Ancaq bu mərhələdə xüsusiyyətin test edilməkdən çıxıb geniş diametrdə istifadəyə təqdim oluacağı hələ müəyyən deyil.