Şəbəkə

Instagram canlı yayım xüsusiyyətini isifadəyə təqdim etdi

810views

Canlı yayım xüsusiyyətlərini hər kəslə paylaşmağa başlayan Instagram’ın yeni xidmətindən istifadə üçün etməniz lazım olan tək şey yeniləməni etməyinizdir.

Bir də əgər tətbiq mağazanız ABŞ üzrə qurulu deyilsə bir az daha gözləməlisiniz. Dünəndən etibarən ABŞ-dakı istifadəçilərinə canlı yayımı açan Instagram irəliləyən günlərdə bütün dünyaya xidmətini açacaq.

Canlı videonun aktiv olmasına baxmaq üçün “Hekayələr” sahəsinə girin və “Live” hissəsi yazılan yeri görməlisiniz. Canlı yayımları görə bilməyənlər üçün isə onu deyə bilərik ki, Facebook, TwitterPeriscope‘un yayımlarına bənzər: tamaşaçıların, izlədikləri yayımlara şərh edə bilir və “ürəklər” əlavə edə bilirlər.