Mobil

Instagram bu gündən etibarən yeni ZOOM (yaxınlaşdırma) xidmətini aktiv edib

247views

Ən böyük şəkil paylama üzrə sosial şəbəkə və applikasiya hesab edilən Instagram bu gün yeni xidmətini aktiv edib.

Instagram’ın yaxın saatlarda təqdim etdiyi Zoom yəni yaxınlaşdırma xidməti, şəkil və videolara tətbiq edilir. Belə ki, siz izlədiyiniz şəxslərin, gündəlik həyatda paylaşılan digər profili açıq istifadəçilərin şəkil və videolarını yaxınlaşdırıb, daha detallı şəkildə izləyə bilərsiniz. Bunun üçün sadəcə olaraq toxunma ekran (touch screen) mobil telefonlarda yaxınlaşdırma üçün istifadə etdiyimiz barmaq tətbiq vasitəsindən istifadə edərək rahat şəkildə böyütmək mümkün olacaq.

Həmçinin nəzərinizə çatdıraq ki, zoom xidməti instagram izləyiciləri tərəfindən ən çox təklif edilən və tələb edilən xidmət funksiyalarından biri idi.

Hazırda yalnız IOS əməliyyat sistemi üçün tətbiq edilən funksiya yaxın həftələrdə Android əməliyyat sistemi üçün də tətbiq edilməyə başlayacaq.