MaraqlıPsixoloji məlumatlar

‘İnsanlar nə üçün ruh görür?’ sualına cavab tapıldı

85views

Elmin, insanların nə üçün qabaqcadan səslər eşitdiklərinə və kabus gördüklərinə dair bir cavabı var.

Bir çox insan, evlərində, ya da başqa yerlərdə şıqqıltı, sirli adamlar, itmiş ruhlar və qabaqcadan gələn səslər eşitdiklərini və ya kabus gördüklərini iddia edirlər. Bəs insanlar niyə belə səslər eşidirlər və kabus görürlər?
Dünyada milyonlarla insan kabus gördüyünü və ya ruhun səsini eşitdiyini iddia edir. Bəlkə siz də onlardan biri ola bilərsiniz. Kabus görənlər ümumiyyətlə, itki və ya əzab çəkən ruhlarla bağlı olduğunu bildirirlər. Səslərini eşidə bilməsələrdə, ancaq yenə də hiss etdiklərini iddia edirlər. Ancaq bu səslər insanın duyum hissi astanasının altında olan səs dalğalarından ibarətdir. Duyum astanası altında olan bir çox səs var. Bunlar 20 hz’dən kiçik səslərdir. Əgər evimizə yaxın bir yerdən gəlirə səslər, ehtimal ki, boru avadanlıqlarından gəlir. Ancaq zəlzələ və ya nüvə bombasının səsi də daxil olmaq üzrə yer üzündə müəyyən bir zamanda yaranmış səslər, mühitdə məsafə qət edirlər.
Məhz insanlar bu səs dalğalarıyla təmasda olduğu zaman, gözləri titrəyə və ya sirli şəkillər görə bilirlər.