Dünya

“İnsanlar ən yaxın qohumlarını itirmək təhlükəsi ilə üz-üzədirlər” – İnger Anderson

Blackback Eastern lowland gorilla (Gorilla gorilla graueri) Kahuzi Biega, Congo
372views

Bir vaxtlar nəsli kasilməkdə olan nəhəng Panda’ları qorumaq üçün başladılan qoruma işləri öz müsbət nəticəsini verməyə başlayıb

Çində 10 illər ərzində həyata keçirilən qoruma işləri nəticəsində panda’ların sayı yenidən artmağa başladı və nəsli kəsilməkdə olan heyvanlar siyahısından çıxarıldı.

İllərdir davam edən mübarizənin ardından yetişkin panda’ların sayı 1864’ə çatdı. Bala panda’ların sayı isə tam olaraq bəlli deyil ancaq təxminən 200’ə yaxın olduğu düşünülür.

_91024977_mediaitem91022911-1024x576

Beynəlxalq Təbiəti Qoruma Təşkilatı (IUCN) bu sahədəki uğurun səbəbini Çinin həyata keçirdiyi işlərin nəticəsi olduğunu bildirdi.

Qeyd edək ki Çin, pandaları “milli heyvan” olaraq qəbull edir.

Ancaq bütün bunların ardından yenilənən “Qırmızı Kitab”a yeni bir heyvan növü əlavə edilib. Bu dünyanın ən böyük primatı olaraq bilinən Grauer Qarillası’dır.

Belə ki, Şərq Qarilla’larının bir növü olan Grauer qarillalarının sayı, qeyri qanuni ovçuluq səbəbindən son 2o ildə yüzdə 70 azalıb

Bu Qarillalar , Uganda,Ruanda və Demokratik Kongo Respublikası’ndakı cox yağmurlu meşələrdə yaşayırlar.

Silverback-Gorilla-Joins-London-Zoo-niTV0skBys1l

Dünyada təxminən 5 min şərq qarillasının qaldığı bildirilir. Belə böyük azalmanın ən başlıca səbəbi isə qanundan kənar ovçuluq və bölgədəki atışmalardır.

Dünyadakı 6 böyük meymun növündən 4’ü artıq nəsli kəsilməkdə olan heyvanlar siyahısındadır. Bunlar şərq qarillası,qərb qarillası, Bornea aranqutanı və Sumatra aranqutanı’dır.

Indonesia, Borneo - Young Orangutan sitting on the tree

IUCN rəhbəri İnger Anderson yeniləmə barədə danışarkən ” Bu gün bu hadisələrə şahid olmaq olduqca bizi kədərləndirir, çünki insanlar ən yaxın qohumlarını yox edirlər” deyə bildib.