MaraqlıSağlamlıq

İnsan 1000 il sonra necə görünəcək?

174views

Kanada mərkəzli Asapscience, nəzəri tədqiqatları ilə insan bədəninin 1000 il ərzində necə bir dəyişikliyə məruz qalacağını nümayiş etdirib.

Son baş verən texnoloji inkişafla ortaya çıxan genetik modifikasiya sayəsində insan daha sürətli, daha güclü və xəstəliklərə qarşı daha müqavimətli olacaq.

Harvard tədqiqatçısı Xuan Enrique; Dünya tarixində 5 böyük kütləvi məhvolma xüsusiyyətlərinin yaşanmasını və növbəti kütləvi məhvolma müddətində insanlığın da yox ola biləcəyini qeyd edib. Növbəti kütləvi məhvdən xilas olmaq üçün insanların dünyanı tərk etməsini və başqa bir planetə köç etməsini bildirən Enrique, bu səbəblə də süni olaraq inkişaf etdirilmiş genlərin, hüceyrələrin və orqanların başqa bir planetdə yaşamaq üçün lazımlı olduğunu vurğulayır.
İnsan dəyişimi
Asapscience tərəfindən hazırlanan bir videoda insanların yarı insan – yarı robota çevriləcəyi müzakirə olunur. İqlim dəyişikliyi, süni zəka və genetik mutasiyaların insan bədəni üzərində edəcəyi dəyişikliklər ətraflı müzakirə olunur.
İnsanların daha yaxşı görməsi üçün DNT mutasiyaya məruz qalacaq və insanlar qırmızı gözlərə sahib olacağı qeyd edilərkən, gələcəkdə insan qabiliyyətlərini inkişaf etdirmək üçün nanobotların insan orqanizminə asanlıqla inteqrasiya olunması da ifadə edilir. Bundan başqa, qlobal istiləşmədən dolayı, insanların boylarının uzanacağı, dəri rənglərinin tündləşəcəyi və bu sayədə insan bədəninin istiliyi daha yaxşı paylayacağı iddia edilir.

Asapscıence tərəfindən ələ alınan bu nəzəri ssenaridə ümumiyyətlə insanların daha ağıllı, güclü və daha yaxşı bir görmə qabiliyyətinə sahib olacağı bildirilir.