Gündəm

İnşaat işçiləri tərəfindən 43 ədəd dinozavr yumurtası tapılıb

881views

Bu şəhərin sakinləri, şəhərin özünü “Dinozavrların Evi” adlandırırlar.

Çinin Heyuan şəhəri son iyirmi il ərzində on minlərlə dinozavr yumurtası tapmağın qürurunu yaşayırdılar ki, kolleksiyalarına yeni yumurtalar da əlavə ediblər.

1996-cı ildəki ilk kəşfdən bu yana kəşf edilmiş olan 17 mindən artıq qazıntı halında tapılan yumurtanın çoxu, elm insanlarından çox vətəndaşlar tərəfindən tapılıb. İlk kəşf edilən yumurtalar, tikinti meydançasında oynayan bir qrup uşaq tərəfindən aşkarlanmışdı. Uşaqlar isə bu nəhəng yumurtaların daş olduğunu güman etmişdilər.

egg4-1

Ən son keçirilən 43 yumurtalıq kəşfdə isə, yol təmirində çalışan fəhlələr yumurtalara təsadüfən rastlayıblar. Əsaslı təmir, yumurtaların qorunması üçün və saylarının müəyyən edilməsi üçün dayandırılıb.

Qazıntı halında olan yumurtaların 19’u sağlam vəziyyətdədir və hansı növ dinozavrlara aid olduqlarının aşkar edilməsi üçün tədqiqatçılar tərəfindən test ediləcəklər. Bundan əvvəl tapılmış olan yumurtaların çoxu 89 milyon il əvvəl yaşamış olan OviraptoreÖrdək Dimdikli Dinozavr növlərinə aid çıxmışdı. Ən böyük yumurta təxminən beş düym diametrindədir.

egg7

“Dinozavrların Evi” olaraq adlandırılmış olan şəhər, 2004’də muzeylərində dünyanın ən böyük dinozavr yumurtası kolleksiyasını saxlayaraq Ginnesin Rekordlar Kitabına düşüb.

Şəhərdə dinozavrlarla bağlı aparılan kəşflər arasında dinozavr skeleti və ayaq izi də yer alır. Bütün bunlar bələdiyyə işçilərini dinozavr mövzulu park və muzey görmək üçün milyonlarla dollar xərcləməyə təşviq edib. Salınan park kiçik olsa da, şəhərin 3,3 milyonluq əhaliyə çatmasına böyük təkan verib.

egg1

egg2