Dəb & Tərz

‘İngiltərə Moda Mükafatları’ təqdim olundu, İlin Modeli..

788views

İngiltərə Moda Mükafatları (British Fashion Awards) gecəsində ‘İlin Beynəlxalq Modeli’ Gigi Hadid seçilib.

Dünən London’dakı Royal Albert Hall’da baş tutan gecədə, 21 yaşındakı Victoria’s Secret modeli Gigi Hadid, boz rəngli libasıyla gözləri oxşayıb.

yaaz.az Gigi Hadid ilin modeli 2016

Hadid gecə üçün,  Atelier Versace imzasını daşıyan libası seçib.

Gecənin ulduzu olan Gigi Hadid, Mükafatlandırma Mərasiminə anası Yolanda Hadid ilə birlikdə qatılıb.

yaaz.az Gigi Hadid ilin modeli 2016

One Direction qrupunun köhnə solisti olan sevgilisi Zayn Malik’in, Hadid’in yanında olmaması da diqqət çəkib. Bacısı Bella Hadid də bu mərasimdə iştirak etməyib.

Gigi Hadid, “İlin Modeli” mükafatı ilə keçən il bu mükafatı alan və bu il də namizəd olan yaxın rəfiqəsi Kendall Jenner’i geridə qoyub.