Futbol

İngiltərənin baş məşqçisi rüşvətə görə qovulacaq

305views

İngiltərə milli komandasının baş məşqçisi Sem Ellerdays postunu tərk edəcək. Məşhur The Times qəzetinin yazdığına görə, Ellerdays özlərini iş adamı kimi təqdim edən jurnalistlərlə 460 min avro dəyərində razılaşma əldə etdiyini, həmçinin İngiltərə Futbol Assosiyasiyasının oyunçuların transferi ilə bağlı qaydalarından necə yan keçmək olduğunu danışıb. O, bundan əlavə sələfi Roy Hocsonu tənqid edərək, “Uembli” stadionun sökülməsini ağılsızlıq adlandırıb.

Assosiyasiyanın bu gün baş tutan iclasından sonra Sem Ellerdaysla yolların ayrılmasına qərar verilib. Rəsmi qərar yaxın günlərdə açıqlanacaq

Elnur Cəfərov
idman xəbərləri yazarı