Futbol

İngiltərədə ayın futbolçusu İbrahimovic

Primier liqada dekabr ayinin oyuncusu İbrahimovic
263views

İngiltərə Premier Liqassında Manchester United forması geyinən Zlatan Ibrahimovic dekabr ayının futbolçusu seçilib.

Dekabr ayında liqada 6 matça çıxan 35 yaşındakı futbolçu, məğlub olmadıqları bu qarşılaşmalarda 5 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

İngiltərə karyerasındakı ilk mövsümünə Chelsea ilə çox yaxşı başlayan İtalyalı baş məşqçi Antonio Conte isə, dekabr ayının ən yaxşı baş məşqçisi seçilib.

Liqada 1-ci sırada olan komandası ilə 13 matç ard-arda qələbə qazanan 47 yaşındakı Conte, üst-üstə 3-cü dəfə bu mükafatı alan tək baş məşqçi ünvanının da sahibi olub.

Dekabr ayında oynadığı 6 matçı da qazanan Chelsea, rəqib qapısına 13 dəfə yol taparkən öz qapısından cəmi 3 top buraxıb.