Futbol

İnfantinonun 40 komandalıq “Dünya Çempionatı” arzusu

156views

FİFA prezidenti Gianni İnfantino 2026-cı ildə keçiriləcək Dünya Çempionatında iştirak edəcək komandaların sayını 40-a yüksəltmək istəyir.

FİFA-nın 13-14 Oktyabr tarixlərində Sürixdə baş tutacaq toplantısında bütün bu məsələlərin müzakirə olunacağını deyən İnfantino, bu istiqamətdə baş tutacaq dəyişikliklərə yaxşı baxdığını bildirib. İnfantino, həmçinin, 2026da keçiriləcək Dünya Çempionatının ortaq ev sahibliyi üçün namizəd olan ABŞ, Kanada və Meksikaya açıq fikir bildirərək, “Futbol üçün yararlı olan hər bir şeyin arxasındayam və bu mövzuda bir sərhəd görmürəm.”

Avropa çempionatında 16 komandanı 24 komandaya qədər artırılmasına fikir bildirən İnfantino “16 komandadan əlavə 8 komanda izlədik və həmin ölkələrdə necə həyəcanın olduğunu gördük.” deyə əlavə edib.

Elnur Cəfərov
idman xəbərləri yazarı