FotoqrafiyaSənət

İnanmaq çətindir ancaq bu fotoşəkillər 1938-ci ildə çəkildi

Pin up 1938 Bruce Mozert
38views

30-cu illərin sonlarında Pin-up tərəfindən həyata keçirilən foto layihə digər fotoşəkillərdən çox fərqləndi.

Belə ki, fotoqraf Bruce Mozert’ın inqlab edən sualtı rəsmləri foto sənətində bir ilk idi. Amerikalı fotoqrafın okean altında həyata keçirdiyi çəkilişlər 1938-ci ildə mediada ‘BUM’ təsiri yaratdı.

Mozert, fotokamera üçün su keçirməyən xüsusi qutu hazırladı və bir fotoşəkildə təəccübləndirən duman görüntüsünü yaratmaq üçün bolca süddən istifadə etdi. Fotoqrafın layihəsi olduqca az büdcəli idi ancaq yenilik olaraq böyük bir addım idi.

Əldə olunan fotoşəkillər eyni zamanda çəkildiyi yer, Silver Springs üçün də bir növ təqdimat rəsmləri oldu. Və sözü gedən rəsmlər, təmiz suyu ilə seçilən Floridanın sahil şəhərlərinin turizm ərazisi olaraq tanınmasında böyük rol oynadı. Beləliklə də Bruce Mozert’in fotoorafiya sahəsindəki karyerası başlamış oldu.