Maraqlı

İnanılmaz kəşf: İnsanlar 9500 il əvvəl necə görünürdü?

263views

Britaniya Muzeyində olan 9500 illik kəllə sümüyü texnologiya sayəsində yenidən formalaşdırılıb.

Britaniya Muzeyinin ən dəyərli əsərlərindən biri olan 9500 illik bir insana məxsus kəllə sümüyü, içində olduğumuz digital dövrün imkanları sayəsində formalaşdırılıb və üzü ortaya çıxıb. Jericho olaraq adlandırılan kəllə sümüyünün gözləri dəniz qabıqları ilə örtülmüşdü və nəyə bənzədiyinə dair bir fikir əldə etmək üçün 3 ölçülü memarlıq sayəsində bu problemlər aradan qaldırıldı və qarşımıza 40 yaşlarında burnu qırılmış bir kişi fiquru yarandı.

Sözügedən kəllə sümüyü 1953-cü ildə, Qərbi İordandakı Jericho şəhərinin yaxınlığındakı Tell Es-Sultan bölgəsində aparılan qazıntılar zamanı arxeoloq Kathleen Kenyon tərəfindən tapılmışdı. Kenyon qazıntıdan sonra belə danışmışdı: “7 min il bundan əvvəl yaşamış bir adamın portretinə baxdığımızda böyük bir həyəcana düşdük. Heç bir arxeoloq belə bir fenomeni kəşf etməmişdi”.

9500 il əvvəl insan görüntüsü
9500 il əvvəl insan görüntüsü

Kəllə sümüyü 2009-cu ildə Micro-ST ilə araşdırılanda bəzi sirrlər aşkara çıxmışdı. Çənə quruluşundan bir kişi olduğu anlaşılmışdı, kəllə sümüyünün arxasında bir deşik var idi və bu dəlik torpaqla dolmuşdu. Kəllə sümüyü, 3 ölçü  ilə formalaşdırılanda də bəzi deformasiyalar ortaya çıxdı. Kəllə sümüyünün orijinalı və 3 ölçülü qurması 19 fevrala qədər Britaniya Muzeyində nümayiş etdiriləcək.