Tennis

İnanılmaz finalın qalibi: Novak Djokovic

Novak Djokovic 2017 Doha
21views

Dünya tennis sıralamasının ilk iki sırasının qarşı-qarşıya gətirən ATP Qatar Açıq finalında qazanan tərəf 6-3, 5-7 və 6-4-lük setlərlə Novak Djokovic oldu.

Tennisdə 2017 mövsümü yaddaşlara yazılacaq bir finalla başladı. 2 saat 52 dəqiqə davam edən Qatar Açıq finalında qazanan tərəf dünyanın 2 nömrəsi Novak Djokovic oldu.

Keçən mövsüm Dünya 1 nömrəsi ünvanını Böyük Britanyalı rəqibi Andy Murray’ə qapdıran Djokovic, son çempion ünvanıyla gəldiyi Dohada yenidən qalib olaraq Qatar Açıqda üst-üstə ikinci çempionluğunu qazandı.

yaaz.az Novak Djokovic 2017 Doha

Andy Muray ilk setə yaxşı başlasa da Djokovic nizamlı oyunla seti almağı bacardı və ilk set 6-3 hesabı ilə bitdi.

2-ci setdə Djokovicin 3 matç xalını sındırmağı bacaran Andy Muray ardından rəqibinin sadə səhvlərindən yararlanaraq oyunda nəzarəti ələ keçirdi və seti 7-5 tamamlayaraq final matçını 3-cü setə apardı.

3-cü setdə isə Djokovic artıq sadə səhvlərdən yayınaraq yenidən nəzarəti öz tərəfinə keçirə bildi və 6-3 hesabı ilə rəqibini məğlub edərək ard-arda 2-ci Doha finalını da qələbə ilə başa vurdu.