Maraqlı

İlluminati yoxsa sadə bir bulud?

195views

Qazaxıstanın paytaxtı Astanada fotoqraf, qarşısında buludlardan ibarət bir göz əks olunduğunu görərək tez rəsmini çəkə bilib.

Astanada “1shustry ‘ ləqəbi ilə tanınan şəxsin paylaşdığı şəkil bir çox internent saytlarda nümayiş olunub. Fotoşəkildə göründüyü kimi bir neçə qara bulud göz formasını alıb. Foto ictimai mediada böyük maraq oyandırıb.

Böyük Qardaş

Digər tərəfdən 1shustry, fotoşəkili paylaşdığı sırada Corc Orwell’in ‘Min doqquz yüz səksən dörd” romanındakı, Okeaniya ölkəsi xalqı üzərində böyük təzyiq quran və onları davamlı izlədiyi ifadə edilən diktator ‘ Böyük Qardaş ‘ xarakterinə göndərmə də edib. Fotoqraf romandakı məşhur “Böyük Qardaş sizi izləyir” ifadəsini şəklin başlığına qeyd edib. Digər istifadəçilər də bu buludlardakı gözün, dünyanı idarə etdiyi düşünülən gizli təşkilat İlluminati-nin gözü olduğunu düşünərək şəxsi hesablarından paylaşıblar.69jpgcdjcrqdv