Gündəm

İlk insan beyni nəqli reallaşdırılacaq

262views

İspanyalı beyin cərrahı Sergio Canavero və Çinli beyin cərrahı Xiaoping Ren, Rusyalı könüllü Valery Sipiridonov üzərində dünya tarixinin ilk beyin nəqlini reallaşdırmağa çalışacaqlar.

İspan nevrolog beyin cərrahı Sergio Canavero ilə Çinli beyin cərrahı Xiaoping Ren, dünya tarixində bir ilk olan beyin nəqli əməliyyatını reallaşdırmaq üçün qollarını sıvadılar.

Atlantic jurnalında nəşr olunan, olduqca qəribə bir hekayəyə sahib layihə, reallaşdığı andan dünyanın ilk baş nəqli əməliyyatının sonlanmasına səbəb olacaq.

Bir çox elm insanı və etik professoru söz mövzusu proyektin səhv bir həll olduğunu ifadə edərkən, İspan beyin cərrahı Sergio Canavero ən erkən 2017-ci ildə edilə əməliyyatın müvəffəqiyyət ilə nəticələnmək ehtimalının bu ankı şərtlər etibarilə yüzdə 90 olduğunu ifadə edir.

valery-spiridonov-reuters

Rus könüllü Valery Spiridonov’un həyatını itirməsi halında, əməliyyatda iştirak edəcək həkimlərin cinayətlə günahlandırılacağını ifadə edən mütəxəssislər, layihənin son dərəcə gərəksiz olduğunu vurğulayırlar.

Layihə ilə maraqlanan elm insanları isə qopardılan baş əzələlərinin nəqlinin imkanlar daxilində olmadığını vurğularkən, müvəffəqiyyətlə tamamlanacaq bir əməliyyatın elm tarixinə keçəcəyini dilə gətirirlər.

Ola biləcək bir müvəffəqiyyətli nəql sonrasında Spiridonov’un yeni başına adaptasiya olma prosesinin son dərəcə qeydə dəyər olacağını vurğulayan elm insanları prosesi yaxından təqib edəcəklərini sözlərinə əlavə etdilər.

0205headtransplant

The Independentdə paylaşılan xəbərə görə əməliyyatın, ABŞ və Avropada lazımlı prosedurların icazə verməməsi səbəbiylə Çində reallaşması gözlənilir.

10 milyonlarla dollara başa gələcək, 80 beyin cərrahının iştirakı ilə reallaşacaq əməliyyatın nəticələrinin nə olacağı hamıya maraqlıdır.