Münasibətlər

İlk görüşdə nələrə diqqət etmək lazımdır?

230views

Onunla ilk dəfə görüşəcəksiniz. Həyəcan maksimum həddə çatıb. Bəs, indi nə olacaq?

Bu mövzuda narahatlıq keçirməyinizə ehtiyac yoxdur, çünki ilk görüşmələrin gərginliyini biz də bilirik. Bilməniz lazım olan bəzi məsləhətlərlə aşağıda tanış ola bilərsiniz.

1. Təbii ki, internetdən, sosial media tətbiqləri və saytlarından görüşəcəyiniz adamın bütün məlumatlarına və fotoşəkillərinə bir göz atmısınızdır. Yenə də o sizin üçün hələdə kənar bir şəxsdir. Bir az yaxınlıq təmin etmək üçün qarşınızdakı adamla aranızda ortaq bir mövzu tapmağa çalışın.

2. Qarşınızdakı adamı həqiqətən dinləyin. Gərginlikdən də olsa ilk görüşünüzdə az əvvəl söylənilən eyni şey haqqında sual soruşsanız qarşınızdakını önəmsəmədiyiniz qəbulunu yarada bilərsiniz.

3. Nə söyləməniz lazım olduğunu bilmirsinizsə ağıllı suallarla onu tanımağa çalışın. Sevdikləri, maraq sahələri və sevmədikləri mövzusunda ondan məlumat almağa çalışın. İstənilən halda onu daha yaxşı tanımaq üçün oradasınız. Ancaq ilk görüşünüzdəki bu sualların çox fərdi ya da həssas olmamasına diqqət edin, çünki, qarşınızdakı adam bəzi mövzuları sizinlə paylaşmamağı da seçim edə bilər.

4. Ətrafınızdakıları və ətrafınızda olanları görməməzlikdən gəlməyin. Az əvvəl yanınızdan keçən yaşlı qadının gülüşü ya da yan masadakı qrupunun maraqlı söhbəti də qəhqəhə atmanızı təmin edəcək kefli bir söhbəti başlada bilər.

5. Nə dedikləriniz qədər necə söylədiyinizin də o qədər əhəmiyyətli olduğunu unutmayın. Özünə inamlı və özündən əmin bir insan yalnız ilk görüşmələrdə deyil, hər yerdə daha müvəffəqiyyətlidir. Ağzınızdan çıxanları fərq etməsəniz də bədən diliniz tamamlayır. Üstəlik, içdən gələn bir gülümsəmənin gücüylə hər qapılar açıla biləcəyini də unutmayın.