Digər İdmanFutbol

İlin futbolçusu Cristiano Ronaldo və digər qaliblər

820views

FİFA İlin ən yaxşı kişi futbolçusu mükafatını, Argentinalı ulduz Lionel Məssi və Fransız futbolçu Antuan Griezmannı geridə buraxan Portuqaliyalı Cristiano Ronaldo qazandı.

FİFA tərəfindən 2016-cı ilin ən yaxşılarının müəyyənləşdiyi mərasim, İsveçrənin Sürix şəhərində keçirilib. France Football jurnalı ilə 2010-dan bu yana aparılan tərəfdaşlığın ötən il başa çatmasından sonra həyata keçirilən İlin Ən Yaxşıları Mükafatları, FİFA tərəfindən ilk dəfə təqdim edildi. Mükafat mərasiminin diktoru, ABŞ-lı aktrisa Eva Longoria və Alman televiziya diktoru Marko Schreyl ediblər.

Milli komandaların baş məşqçi və kapitanları, mətbuat nümayəndələri arasından seçilmiş bir qrup ilə xalqın iştirakı ilə keçirilən səsvermə nəticəsində Real Madridin ulduzu Cristiano Ronaldo, İlin Ən Yaxşı Kişi Futbolçusu Mükafatının sahibi oldu.

Ən yaxşı qadın futbolçu mükafatını isə Houston Dash komandasında forma geyinən ABŞlı Carli Lloyd aldı.

İLİN İLK 11i

FİFA ilə Beynəlxalq Peşəkar Futbolçular Birliyi (FIFPRO) tərəfindən müəyyən edilən İlin 11-nə bu futbolçular seçilib:

Qapıçı: Manuel Neuer (Bayern Münhen)

Müdafiə: Jerar Pique (Barcelona), Alves (Juventus), Sergio Ramos, Marcelo (Real Madrid)

Orta sahə: Andres Iniesta (Barcelona), Luka Modric, Toni Kroos (Real Madrid)

Hücumçu: Lionel Məssi, Luis Suarez (Barcelona), Cristiano Ronaldo (Real Madrid)

İLİN TEXNİKİ DİREKTORLARI

Ötən mövsüm İngiltərə Premier Liqada Leicester City çempionluğa daşıyan İtalyan Claudio Ranieri, Fransız Zinedine Zidane (Real Madrid) və Portuqaliyalı Fernando Santos (Portuqaliya Milli Komandası) kişi futbolunda ilin texniki direktoru seçilib. Qadın futbolunda ən yaxşı texniki direktor mükafatına, Almaniya Milli Komandasının keçmiş məşqçisi Silviya Neid layiq görülüb.

İlin ən yaxşı qoluna verilən Puskas Mükafatını, Penang komandasından Malayziyalı Mohd Faiz Subri qazanıb.

FİFA Fair Play Mükafatı, Sudamericana Kubokunu təyyarə qəzasında futbolçuları və texniki heyətini itirən Chapecoenseyə bəxş edən Atletico Nacional komandasına verildi.

FİFA Tərəfdar Mükafatı, Liverpul və Borussia Dortmund tərəfdarlarına verildi. FİFA Fövqəladə Karyera Mükafatı isə Braziliyalı futzal oyunçusu Falcaoya verilib.