Gündəm

II Avropa Oyunlarının keçiriləcəyi məkan müəyyənləşdi

208views
II Avropa Oyunlarının məkanı müəyyənləşdi

2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının məkanı müəyyənləşib.

Avropa Olimpiya Komitələrinin Belarusun paytaxtı Minskdəki 45-ci Baş Assambleyasında turnirin Minskdə keçirilməsinə qərar verilib.

50 ölkənin Milli Olimpiya Komitəsinin təmsil olunduğu iclasda Minskin növbəti Oyunlara ev sahibliyi etməsinə dair qərar verilib.

Qeyd edək ki, ilk Avropa Oyunları 2015-ci ilin 12 – 28 iyununda Bakıda təşkil olunub.