Dünya

İdman dünyasını sarsıdan təyyarə qəzaları

232views

Braziliyanın Chapecoense komandasının keçirdiyi təyyarə qəzası keçmişdə idman dünyasını sarsıdan təyyarə qəzalarını bir daha xatırladıb.

Daha əvvəl də bir çox komanda, eyni şəkildə demək olar ki, bütün oyunçularını itirmişdi.

1. 1949-ci ildə dövrün Avropadakı ən parlaq komandası olaraq tanınan İtalyanın Torino komandası, böyük bir faciə yaşamışdı.

yaaz.az teyyare qezalari

Portuqaliyanın Lissabon şəhərində Benfika ilə yubiley matçı keçirən Torino üçün geri dönüş faciəyə çevrilmişdi. Komandanın kapitanı böyük ulduz Valentino Mazzola’nın da içində olduğu 31 nəfər, təyyarənin Torino yaxınlığındakı Superga dağına çarpması nəticəsində həyatlarını itirmişdi.

yaaz.az teyyare qezalari

Komandanın ən güclü oyunclarından Sauron Toma, zədə səbəbindən, klub prezidenti Ferruccio Novo isə qrip olduğu üçün bu səfərdə iştirak etməmişdilər.

yaaz.az teyyare qezalari

Manchester United isə, 1950-ci illərin ikinci yarısında Matt Busby rəhbərliyindəki gənc heyətiylə İngiltərəni sarsıtmışdı.

yaaz.az teyyare qezalari

Busby’nin gəncləri, 1957-58 mövsümündə Avropa Çempion Klublar Kubokunda Yuqoslaviyanın Qızılulduz komandası ilə oynadığı matçdan geri dönürdü. Qərbi Almaniyanın Münhen şəhərində yanacaq əlavəsi edildikdən sonra təyyarənin qalxması zamanı yaranan texniki problem 23 nəfərin ölümü ilə nəticələnən faciəyə səbəb oldu. 8-i futbolçu 23 nəfər həyatını itirdi.

yaaz.az teyyare qezalari

Dövrün ulduzu Duncan Edwards, hadisədən 15 gün sonra xəstəxanada həyatını itirdi. 10 il sonra klubun yenidən yüksəlişini təmin edəcək Busby və Charlton isə yaralı olaraq xilas ola bilmişdilər.

yaaz.az teyyare qezalari

Zambia Milli Komandası, 90-cı illərin əvvəllərində Afrikada kifayət qədər böyük gücə sahib idi. Komanda, 27 Aprel 1993-cü ildə Senegal ilə səfərdə Dünya Kuboku seçmələrində oynamaq üçün yola çıxmışdı. Ancaq təyyarə Gabon yaxınlığında qəzaya uğradı. 18-i futbolçu 25 nəfər həyatını itirdi.

yaaz.az teyyare qezalari

Zambia Futbol Federasiyasının qənaət etmək məqsədiylə uçuş üçün etibarlı olmayan bir təyyarə kiraladığı məlum oldu. Bu hadisə ilə bağlı illərlə etirazlar keçirildi. Təyyarədə olmayan Zambiya’nın ən böyük ulduzu Kalusha Bwalya’nın iştirakı ilə yeni bir komanda quruldu.

yaaz.az teyyare qezalari

yaaz.az teyyare qezalari