Kino

‘Hörümçək Adam: Evə Qayıdış’ın ilk treyleri yayımlandı

554views

Marvel’in yeni Hörümçək Adam seriasının ilk filmi ‘Hörümçək Adam: Evə Qayıdış’ın (Spider-Man: Homecoming) treyleri yayımlanıb.

Baş rolunda Tom Holland, rejissor kürsüsündə isə John Watts’un olduğu ‘Hörümçək Adam: Evə Qayıdış’ filminin ilk treyleri ABC ‘nin ‘Jimmy Kimmel Live!’ verlişində təqdim olunub.

İlk olaraq 2016-ci ildə “Kapitan Amerika: Qəhrəmanların Döyüşü ‘(Captain America: Civil War)’ da görsənən yeni Hörümçək Adamı bu filmdə 15 yaşında olan bir lisey şagirdiykən izləyəcəyik. Treylerdə, Avengers’a qatılmağı planlaşdıran Peter Parker, Robert Downey Jr’ın canlandırdığı Dəmir Adam (Iron Man) Tony Stark ilə birlikdə görünür.

Hörümçək Adamın düşmənini isə məşhur aktyor Michael Keaton canlandırıb. Keaton filmdə ilk dəfə iştirak edəcək Vulture xarakteriylə səhnə alacaq.

Xatırladaq ki, Sony ‘inanılmaz Hörümçək Adam’ (Amazing Spider-Man) seriyasında yaşadığı kassa müvəffəqiyyətsizliyinin ardından layihəni ləğv etmiş, Marvel ilə razılaşdıqdan sonra isə xarakterin ‘Avengers’ filmində ilk dəfə görünməsinə icazə vermişdi. ‘Kapitan Amerika: Qəhrəmanların müharibəsi filmində yeni Hörümçək Adamı canlandıran Tom Holland isə izləyicilər tərəfindən bəyənilmişdi.