GündəmMəşhurlar

Hollywood ulduzunun tutulma anı Facebookda canlı yayımlandı (video)

254views

Amerikalı aktrisa Shailene Woodley, Şimali Dakota’da tikintisi planlaşdırılan neft boru xəttinə qarşı keçirilən etirazlarda polis tərəfindən tutulub.

“The fault in our stars” filmindən tanıdığımız 24 yaşlı Shailene Woodley’in polislər tərəfindən tutlma anını isə anası facebookdan canlı olaraq yayımlayıb.

12804490_f1024

Görüntülərdə aktrisanın “Etirazda yüzlərlə insan var ikən niyə məhs məni tutursunuz” sualına polisin “çünki siz tanınırsınız” cavabını verməsi diqqət çəkib.

Qeyd edək ki, ABŞ’ın Kanada sərhədlərinə yaxın olan ərazisində 1770 km uzunluğundakı 3.7 milyard dollar dəyərindəki neft boru xətti layihəsinə, Standing Rock Sioux Qəbiləsi etirazlar edir. Onların fikrincə sözü gedən lahiyə onların tarixi torpaqlarını çirkləndirərərək bölgədəki abidələrini məhv edə bilər.

16yym9ky-okiefjc15zfdtq

57fc8d5a18c773189c1f12b7

shailene_woodley-dapl-facebook